`Neftçi` - `Qarabağ` oyunu El Klasikoya görə tez başlayacaq

22.10.2018 15:02

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun oyunlarının vaxtı müəyyənləşib.

Tura oktyabrın 27-də "Sumqayıt" - "Qəbələ" matçı ilə start veriləcək. Həmin qarşılaşma saat 16:00-da başlayacaq. "Sabah" və "Zirə" arasındakı günün digər oyunu saat 18:00-da start götürəcək.

Növbəti günün ilk görüşündə "Səbail" və "Keşlə" komandaları üz-üzə gələcək. Qarşılaşma saat 15:00-da başlayacaq. Tura mərkəzi qarşılaşma hesab olunan "Neftçi" - "Qarabağ" matçı ilə yekun vurulacaq. Turnir cədvəlində ilk iki pillədə qərarlaşan komandaların dueli saat 17:00-da start götürəcək. Bu görüşün erkən başlaması İspaniya La Liqasında El Klasiko adlandırılan "Barselona" - "Real Madrid" matçının saat 19:15-də başlaması ilə əlaqədardır. (cbc sport)

© xezerxeber.az


94 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR