Formula 1 üzrə ABŞ Qran-Prisi başa çatıb

22.10.2018 12:07

Ostin avtodromunda Formula 1 üzrə ABŞ Qran-Prisi başa çatıb.

Yarışların qalibi ümumi hesabda üçüncü mövqe tutan "Ferrari” komandasının pilotu Kimi Raykkonendir. 15 xal toplayan Lyuis Hemilton finiş xəttinə üçüncü çatıb. Çempion titulu uğrunda mübarizədə onun əsas rəqibi Sebastyan Fettel isə 12 xalla dördüncü yeri tutub. Onun bu mövsümün çempionu olmaq üçün nəzəri şansı qalır. Hazırda Fettel Hemiltondan 70 xal geridədir.

Konstruktorlar Kuboku yarışlarında "Mersedes”in "Ferrari” üzərində üstünlüyü isə 66 xal azalıb.

© xezerxeber.az


82 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR