“Fənərbağça” komandası səfərdə xal itirib

21.10.2018 10:27

Oktyabrın 20-də futbol üzrə Türkiyə Superliqasının IX turunun növbəti görüşündə "Fənərbağça” komandası səfərdə "Sivasspor”la qarşılaşıb.

Xezerxeber.az xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada hesab açılmayıb. Beləliklə, "Fənərbağça” növbəti dəfə çempionatda xal itirib. Bu heç-heçədən sonra xallarının sayını doqquza çatdıran İstanbul komandası turnir cədvəlində 15-ci sırada qərarlaşıb.

Qeyd edək ki, "Fənərbağça” bu mövsüm Türkiyə Superliqasında oynadığı beş səfər görüşünün dördündə rəqib qapılarına qol vura bilməyib.

Bu gün keçirilən digər görüşlərdə ikinci sıradakı "Başakşəhər” komandası "Kayserispor”a 1:0, "Kasımpaşa” isə "Akhisarspor”a 5:0 hesabı ilə qalib gəlib. Ötən gün oynanılan "Qalatasaray” - "Bursaspor” matçında qalib müəyyənləşməyib - 1:1.

Hazırda hesabında 19 xal olan "Qalatasaray” çempionatda liderliyini davam etdirir.

Turnir cədvəlində "Başakşəhər” və "Kasımpaşa” komandaları 18 xalla ikinci, üçüncü yerləri bölüşürlər. "Beşiktaş" isə 15 xalla dördüncü yeri tutur. "Trabzonspor” 13 xalla beşinci pillədədir.

Oktyabrın 21-də çempionluğa əsas namizədlərdən olan "Beşiktaş” səfərdə "Göztəpə” ilə, oktyabrın 22-də isə "Trabzonspor” komandası "Ərzurumspor”la qarşılaşacaq

© xezerxeber.az


81 dəfə oxunub

XƏBƏRLƏR

17.11.2018 17:30

Falkao “Real”a keçir?

ÇOX OXUNANLAR