"Yuventus" 20 yaşlı futbolçunu 144 milyona transfer edir

19.10.2018 15:14

"Yuventus" "Mançester Yunayted"in futbolçusu Markus Raşfordu transfer etmək üçün hərəkətə keçib.

"The Sun" xəbər verir ki, Turin klubu 20 yaşlı futbolçu üçün ingilislərə 65 milyon funt-sterlinq (bu günkü məzənnə ilə 143 milyon 877 min 500 manat) təklif edib.

"Mançester Yunayted"lə 2020-ci ilin yayınadək müqaviləsi olan Raşford indiyədək "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 132 rəsmi matçda 36 qol vurub və 14 məhsuldar ötürmə edib.

Fanat.Az

© xezerxeber.az


134 dəfə oxunub

ÇOX OXUNANLAR