Kərim bu dəfə insan oğurluğunda günahlandırıldı

19.10.2018 13:12

"Real"ın başı bəladan qurtulmayan futbolçusu Kərim Benzemanın adı növbəti skandalla hallanıb.

30 yaşlı forvardın keçmiş agenti Leo D'Sousa hücumçudan şikayət edib. Leo Fransa ILiqasının son turunda PSJ - Lion matçından sonra bir qrup şəxsin hücumuna məruz qalıb. Leo Fransa polisinə şikayətində bildirib ki, bir qrup şəxs onu qaçırmağa çalışıb. Həmin şəxslərin isə Benzemanın qohumlarının olduğunu şikayətində deyib.

Fransa mətbuatının məlumatına görə, agentin Benzemaya borcu var. Ona qarşı hücumunbu səbəbdən təşkil edilməsi gözlənilir.

Fransa polisi araşdırmalara başlayıb.

Qeyd edək ki, Kərim Benzema daha əvvəl"Fənərbaxça"da çıxış edən Matye Valbuenanın intim videolarını yaymaqla şantaj etməkdə təqsirləndirilmişdi. Bu səbəbdən də millinin baş məşqçisi Didye Deşam Əlcəzair əsilli hücumçuya yığmanın qapılarını bağlayıb.

© xezerxeber.az


152 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR