"Real"dan transfer təklifi: Beyli alın, onu verin

18.10.2018 15:56

"Real" Eden Hazarddan əl çəkmir.

"Kral Klubu" "Çelsi"nin belçikalı ulduzunu qışda heyətinə qatmaq üçün hərəkətə keçib. İddialara görə, "Real" Hazarda qarşılıq Qaret Beyli London klubuna təklif edəcək.

Hazard özü də "Real"da oynamaq istəyir. Beyl isə yenidən İngiltərəyə qayıtmaq arzusundadı. Amma onun maaşının çoxluğu "Çelsi" rəhbərliyini çəkindirən əsas problem hesab olunur.

Qeyd edək ki, Hazard bu mövsüm "Çelsi"nin heyətində 10 rəsmi oyuna çıxaraq 8 qol vurub və 3 məhsuldar ötürmə edib. Beyl isə "Real2ın heyətində forma geyindiyi 9 rəsmi matçda 4 qola imza atıb və 3 məhsuldar ötürmə verib.

Fanat.Az

© xezerxeber.az


158 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR