"Astana" Qriqorçuku nəyə görə yollayıb?

25.09.2018 16:48

Millimizin üzvü Riçard Almeydanın çıxış etdiyi "Astana"nın baş məşqçisi Roman Qriqorçukla yollarını ayırmasını daha öncə xəbər vermişdik.

Bu barədə ukraynalı jurnalist Konstantin Andriyuk Qriqorçukun "Astana"dandavranışlarına və klub rəhbərliyilə fikir ayrılığına görə qovulduğunu deyib: "Onun istefası ictimaiyyət tərəfindən qınanacağı üçün açıqlanmır. Onun ailə məsələsinə görə klubu tərk etdiyi deyilsə də, 53 yaşlı mütəxəssisin şəxsi həyatında işlər qaydasındadır. Onun istefası ilin sonuna kimi açıqlanacaq".

Qeyd edək ki, Qriqorçuk ötən mövsüm "Qəbələ"dən ayrıldıqdan sonra "Astana"ya keçmişdi.

© xezerxeber.az


299 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR