Loris Karius: "Normal şəraitdə o qolları buraxmazdım"

24.09.2018 21:32

"Liverpul"un "Beşiktaş"a icarəyə verdiyi Loris Karius ötən mövsüm Çempionlar Liqasının finalında kobud səhvlərlə yadda qalmışdı.

Almaniyalı qolkiper oyun zamanı "Real"ın kapitanı Serxio Ramosun ona dirsək zərbəsiendirdiyini və buna görə üzr istəmədiyini bildirib:

"Ramosun məni bilərəkdən vurduğunu deyə bilmərəm. Amma o, məndən üzr istməli idi. Ancaq bunu etmədi. Müayinədən keçdim və bu zərbəyə görə görmə qabiliyyətim oyun zamanı xeyli zəifləmişdi. Mən normal şəraitdə o qolları buraxmazdım".

Qeyd edək ki, Ramos ötən il "Liverpul"la finalda Məhəmməd Salahı da zədələmişdi. Misirli ulduz bu səbəbdən oyunu yarımçıq tərk etmişdi.

© xezerxeber.az


163 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR