Cavid İmamverdiyevlə İlkin Qırtımov 200-ə çatdılar

24.09.2018 17:26

"Sabah”ın kapitanı Cavid İmamverdiyev yubiley qeyd edib.

Yarımmüdafiəçi Azərbaycan çempionatlarında 200-cü matçını keçirib. Bu, Topaz Premyer Liqasının 5-ci turunun "Səbail”lə səfər qarşılaşmasına (0:0) təsadüf edib. Onun hesabında 19 qol var.

İmamverdiyev ölkə çempionatlarında 2008/09 mövsümündə "Neftçi”nin heyətində debüt edib. Yarımmüdafiəçi karyerasının böyük hissəsini keçirdiyi paytaxt klubunda 143 görüşdə 13 qol vurub. Daha üç klubda oynamış Cavid "Karvan”da 25, "Sumqayıt”da 28 (6 qol), "Sabah”da 4 oyun keçirib.

Arxada qalan turda daha bir futbolçu - "Zirə”nin üzvü İlkin Qırtımov da 200-cü oyununu keçirib. Debütü 2009/10 mövsümünə təsadüf edən müdafiəçi "Simurq”da 123 (2 qol), "Keşlə”də 68 (3 qol), "Neftçi”də 6, "Zirə”də 3 oyuna çıxıb. Bununla da ölkə çempionatları tarixində 200 və daha çox matça çıxanların sayı 126-ya çatıb.

© xezerxeber.az


126 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR