Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu

22.09.2018 11:05

empionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb.

Azarkeşlər arasında keçirilən səsverməyə əsasən, "Barselona"nın hücumçusu Lionel Messi bu ada layiq görülüb.

Namizədlər arasında Xames Milner ("Liverpul"), Nabil Fekir ("Lion") və Pol Poqba ("Mançester Yunayted") yer almışdı.

Qeyd edək ki, Messi qrup mərhələsinin ilk turunda PSV-ə 4:0 hesabı ilə qalib gəldikləri oyunda het-trik edib.

© xezerxeber.az


218 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR