Putin və Tramp Makreqor-Həbib döyüşünə dəvət olundu

21.09.2018 14:20

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin MMA döyüşçüləri Konor Makreqor və Həbib Nurməhəmmədovun qarşılaşmasına gələ bilər.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, UFC-nin prezidenti Dana Uayt hər iki prezidenti irlandiyalı Konor Makreqor və rusiyalı döyüşçü Həbib Nurməhəmmədovun döyüşünə çağırdığını bildirib.
Döyüş oktyabrın 6-da Las Veqasda keçiriləcəyi bildirilir.
Uayt prezidentlərin yəqin ki gəlməyəcəklərini də qeyd edib.
Bunu onunla əlaqələndirib ki, prezidentlərin təhlükəsizlik xidmətləri üçün problem yarana bilər.
Qeyd edək ki, UFC-nin prezidenti Donald Trampla çox yaxındır və hətta onun seçki kampaniyasında da iştirak edib.
Döyüş oktyabrın 6-da Las Veqasda keçiriləcəyi bildirilir.

© xezerxeber.az


216 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR