FİFA-nın növbəti reytinq cədvəli açıqlanıb

20.09.2018 18:41

Sentyabrın 20-də FİFA milli komandaların növbəti reytinq cədvəlini dərc edib. Azərbaycan komandası siyahıda 3 pillə geriləyərək 1202 xalla 108-ci olub.

Xezerxeber.az xəbər verir ki, dünyanın 210 yığmasının yer aldığı siyahıda ilk 15 yerə aktivlərində 1729 xal olan Belçika və son dünya çempionu Fransa yığmaları başçılıq edirlər. Braziliya 1663 xalla ikinci, Xorvatiya millisi isə 1634 xalla dördüncü yerdədir. Reytinq cədvəlində digər pillələrdə müvafiq olaraq Uruqvay (1632), İngiltərə (1612), Portuqaliya (1606), İsveçrə (1598), İspaniya (1597), Danimarka (1581), Argentina (1575), Çili (1568), Almaniya (1568), Kolumbiya (1567) və İsveç (1550) komandaları qərarlaşıb.

© xezerxeber.az


155 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR