Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda PSJ-ni qəbul edəcək "Liverpul"un hücumçusu Məhəmməd Salah iddialı açıqlamalar verib.
Misir millisinin üzvü baş məşqçi Yurgen Kloppla yaxşı münasibətlərinin olduğunu deyib:
"Klopp "Liverpul"da ilk günümdən mənimlə dost kimi davrandı. Aramızda əla münasibət var və həmişə belə olub".
Salah, Frimino və Mane triosu rəqib müdafiəçilərin qorxulu yuxusudur. Bu barədə danışan 26 yaşlı futbolçu kimin daha çox qol vurmasının vacib olmadığını vurğulayıb:
"Firmino və Mane ilə dost kimiyik. Hətta paltardəyişmə otağında da birgə əyləşirik. Bir-birimizə dəstək oluruq. Oyun zamanı kimi daha çox qol vurması vacib deyil".
Misirli futbolçu bu gün qarşılaşacaqları PSJ barədə bunları söyləyib:
PSJ yüksək səviyyəli futbolçulardan təşkil edilmiş möhtəşəm komandadı. Onlara qarşı oynamağı səbirsizliklə gözləyirəm. Əyləncəli matç olacaq".
Salah Çempionlar Liqasındakı hədəfləri barədə danışıb:
"Çempionlar Liqasında yenidən finala yüksələ bilərik. Bu turniri qazanacağımıza əminəm. Məncə, həm Premyer Liqanı, həm də Çempionlar Liqasını qazana bilərik. Hər şey mümkündür".
Qeyd edək ki, "Liverpul" - PSJ oyunu bu gün Bakı vaxtı ilə 23-00-da başlayacaq.
Neymarın atasından transfer açıqlaması: "Barselona"ya gedir?
“Fənərbağça”nın sabiq futbolçusu ABŞ klubuna transfer olunub
Ağacəkmə qlobal istiləşməyə qarşı mübarizənin mühüm vasitəsidir
Sarkisyanın qardaşı “oğurlanmış milyonları” dövlətə qaytardı
DƏHŞƏT: İş adamının xanımının başını kəsib küçəyə atdılar - VİDEO
Minlərlə insanın pensiyası İKİQAT ARTACAQ - Qanun QƏBUL EDİLDİ
Vitrinlərində siçovullar gəzən şirniyyat mağazası bağlandı - VİDEO
DƏHŞƏT: İş adamının xanımının başını kəsib küçəyə atdılar - VİDEO
Minlərlə insanın pensiyası İKİQAT ARTACAQ - Qanun QƏBUL EDİLDİ
Dövlət qulluqçularının maaşı artırılır - YENİ QANUN LAYİHƏSİ - VİDEO
Bu həftə tarixin ən dəhşətli SOYUĞU OLACAQ - Mənfi 60 DƏRƏCƏ