Ronaldo: "İtaliya futboluna adaptastiya oluram"

18.09.2018 12:55

İtaliya A Seriyasının IV turunda "Sassuolo" ilə matçda dubl edərək, "Yuventus"da qol hesabını açan Kriştiano Ronaldo fikirlərini bölüşüb.

33 yaşlı ulduz bu qollarla üzərindən təzyiqi az da olsa, atdığını deyib: "Çox şadam. Bu forma ilə qol vurmağı çox arzu edirdim və nəhayət, buna müəssər oldum. Futbolda ən vacibi komandanın qələbəsidir. İlk 3 turda qol vurmadığım üçün bir az gərgin idim, amma komanda yoldaşlarım mənə dəstək oldular. İtaliya futboluna adaptastiya oluram".

Qeyd edək ki, Ronaldo yayda 100 milyon avro qarşılığında "Real"dan "Yuventus"a keçib.

© xezerxeber.az


172 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR