"Everton" 29 milyonluq futbolçunu icarəyə verir

21.08.2018 17:19

Yeni mövsüm üçün zəngin heyət quran "Everton" 11-liyə düşə bilməyəcək bəzi futbolçuları əldən çıxarır.

Liverpul təmsilçisi heyətdə düşünmədiyi Yannik Bolasini Çempionşip təmsilçisi "Midlzbro"ya icarəyə verir. Adada transfer dönəmi qapansa da, klublara pulsuz şəkildə icarəyə götürmək hüququ verilib. Məhz bu səbəbdən konqolu vinger "Midlzbro"ya 1 illik icarəyə veriləcək. Keçid tezliklə açıqlanacaq.

Qeyd edək ki, "Everton" 29 yaşlı futbolçunu 2016-cı ildə "Kristal Pelas"dan 28,9 milyon avroya transfer etmişdi. Aldığı ağır zədə Bolasiyə özünü göstərməyə imkan verməmişdi.

© xezerxeber.az


318 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR