Ranyerinin yeni iş yeri bəlli olmaq üzrədir

20.08.2018 14:24

Fransada mövsüm yeni start götürsə də, baş məşqçi Qustavo Poyetlə yolları ayrımağa qərar verən "Bordo"da yeni çalışdırıcı böyük ölçüdə bəlli olub.

"Le Parisien" nəşri "Bordo"nun Tyerri Anri və Loran Blana təklif göndərdiyini yazıb. Lakin hər iki mütəxəssisdən müsbət cavab ala bilməyib.

Liqa 1 təmsilçisi son olaraq, Klaudio Ranyeri ilə təmasa keçib. Məlumata görə, ilk görüşdə hadisələr müsbət məcrada olub. İtaliyalı mütəxəssisin "Bordo"nun təklifini qəbul etdiyi qeyd edilib.

Qeyd edək ki, Ranyeri son olaraq, "Nant"ı çalışdırıb.

© xezerxeber.az


300 dəfə oxunub

XƏBƏRLƏR

15.02.2019 17:46

Trampda piylənmə gedir

ÇOX OXUNANLAR