"Mançester Siti" qışın ilk transferini indi etdi: 68 milyon avro

19.08.2018 16:39

"Mançester Siti" qış transfer pəncərəsini indidən açıb.

"Şəhərlilər" "Volverhempton"un yarımmüdafiəçisi Ruben Neveslə anlaşıb. "Mançester Siti" qışda 68 milyon avro ödəyərək 21 yaşlı futbolçunu heyəinə qatacaq.

Qeyd edək ki, "Volverhempton" Ruben Nevesi tən yay "Portu"dan 17,9 milyon avroya alıb. O, İngiltərə klubunun heyətində 44 oyun keçirərək 8 qol vurub və 3 məhsuldar ötürmə edib.

Fanat.Az

© xezerxeber.az


352 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR