Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Messi kənarda qaldı, düşməni yığmaya çağırıldı

18.08.2018 16:57

Argentina millisinin Qvatemala və Kolumbiya ilə keçirəcəyi yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.

Yığmanın baş məşqçisi vəzifəsini icra edən Lionel Skaloni 29 futbolçuya dəvət göndərib. O, komandanın aparıcı üzvlərinə - Lionel Messi, Serxio Aquero, Qonzalo Hiquayn, Angel Di Mariya, Nikolas Otamendi və Evr Baneqaya dəvət göndərməyib.

Əvəzində "İnter”in hücumçusu Mauro İkardi yenidən yığmaya çağırılıb. Bu futbolçunun Messi ilə yola getmədiyi və bu səbədən Rusiyadakı dünya çempionatına aparılmadığı deyilir.

Messiyə gəlincə, onun bir müddət yığmaya çağırılmaması üçün Argentina Futbol Federasiyasından və baş məşqçidən xahiş etdiyi bildirilir. Digər ulduzların çağırılmamasının səbəbi isə açıqlanmayıb.

Qeyd edək ki, Argentina millisi sentyabrın 7-də Los-Anceles şəhərində Qvatemala ilə, həmin ayın 11-də isə Nyu-Yorkda Kolumbiya ilə qarşılaşacaq.

Qapıçılar: Serxio Romero ("Mançester Yunayted”), Heronimo Ruli ("Real Sosyedad”), Franko Armani ("River Pleyt”).
Müdafiəçilər: Qabriel Merkado ("Sevilya”), Markos Akunya ("Sportinq”), Funes Mori ("Vilyarreal”), Herman Patselya ("Fiorentina”), Eduardo Salvio ("Benfika”), Nikolas Talyafiko ("Ayaks”), Valter Kennemann ("Qremio”), Alan Franko ("İndependyente”), Leonel Di Plasido ("Lanus”), Fabrisio Bustos ("İndependyente).
Yarımmüdafiəçilər: Maksimilyano Mesa ("İndependyente”), Matias Varqas ("Veles”), Franko Servi ("Benfika”), Franko Vaskes ("Sevilya”),Covanni Lo Çelso (PSJ), Leandro Paredes ("Zenit”), Santyaqo Askasibar ("Ştutqart”), Rodriqo Battalya ("Sportinq”), Esekiyel Palasios ("River Pleyt”), Qonsalo Martines ("River Pleyt”).
Hücumçular: Kristian Pavon ("Boka Xuniors”), Ahxel Korrea ("Atletiko”, Madrid), Lautaro Martines ("İnter”), Mauro İkardi ("İnter),Covanni Simeone ("Fiorentina”), Paulo Dibala ("Yuventus”).

Fanat.Az

© xezerxeber.az


404 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR