Neymarın `Real`a keçidi reallaşa bilər

18.08.2018 16:30

PSJ braziliyalı ulduzu Neymarı "Real Madrid"ə sata bilər. Bu iddia ilə"Sport.es” çıxış edib.

Fransa təmsilçisi UEFA-nın mümkün sanksiyasından yayınmaq üçün bu addımı atmağı düşünür.Qurum Paris təmsilçisinə edilən qəribə sponsorluq təklifləri ilə bağlı araşdırmanı davam etdirir. Qərarın avqustun sonuna qədər açıqlanacağı gözlənilir.

PSJ rəhbərliyi hər şeyin qaydasında olduğuna əmin olsa da, UEFA-dan gələ biləcək hər hansı mənfi cavaba da hazırlıq görür. Əgər qurum fransızların əleyhinə qərar qəbul etsə, klub rəhbərliyi vəziyyətdən çıxmaq üçün Neymarı satmağı da gözə alıb.

Qeyd edək ki, "Real” Braziliya millisinin üzvü üçün PSJ-yə 300 milyon avro ödəməyə hazırdır

© xezerxeber.az


162 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR