`Neftçi`nin doğma arenaya qayıdacağı gün məlum oldu

17.08.2018 17:15

"Neftçi”nin ev oyunlarını keçirdiyi "Bakcell Arena”nın öt örtüyünün dəyişdirilməsi prosesi yekunlaşmaq üzrədir.

"Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, bu prosesin avqustun 19-da baş tutacaq ilk ev matçınadək bitməsi nəzərdə tutulsa da, isti hava şəraiti buna imkan verməyib.

Bununla belə, "Neftçi” bu mövsüm ikinci ev oyununu "Bakcell Arena”da keçirəcək. "Ağ-qaralar” sentyabrın 16-da "Keşlə”ni məhz bu stadionda qəbul edəcək.

Qeyd edək ki, II tur çərçivəsində avqustun 19-da "Dalğa Arena”da keçiriləcək "Neftçi” – "Qəbələ” oyunu saat 18:30-da başlanacaq.

© xezerxeber.az


171 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR