"Qarabağ"- "Şerif" matçının vaxtı açıqlandı

17.08.2018 12:34

"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində "Şerif"lə (Moldova) keçiriləcək oyunlarının vaxtı açıqlanıb.

XəzərXəbər Ağdam klubunun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, hər iki görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında ilk oyun avqustun 23-də Tiraspolda, cavab matçı isə avqustun 30-da Bakıda olacaq.

© xezerxeber.az


132 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR