“Qarabağ” klubunun UEFA Çempionlar Liqasındakı rəqibi müəyyənləşib

19.06.2018 14:49

İyunun 19-da İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi keçirilib.

Avropanın ən nüfuzlu klub turnirində Azərbaycanı təmsil edən "Qarabağ” komandası mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. Turnirin birinci təsnifat mərhələsində "Qarabağ”ın rəqibi Sloveniyanın "Olimpiya Lyublyana” komandası olub.

Bu mərhələnin ilk qarşılaşmaları iyulun 10-11-də, cavab görüşləri isə bir həftə sonra keçiriləcək.

© xezerxeber.az


271 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR