MOİK (Rusiya) Aleksandr Qolovin üçün 17 milyon avroluq təklifi rədd edib

19.06.2018 14:15

Rusiyanın Mərkəzi Ordu İdman Klubu (MOİK) yarımmüdafiəçisi Aleksandr Qolovin üçün İtaliyanın "Yuventus” klubunun ilkin təklifini rədd edib.

Xezerxeber.az TASS agentliyinə istinadla xəbər verir ki, "Yuventus” klubunun ilkin təklifi 17 milyon avro məbləğində olub. MOİK isə futbolçunun keçidi üçün 25 milyon avrodan aşağı məbləğə razı olmayacağını bildirib. "Yuventus” həftənin sonunda qiyməti 18 milyon avroya qaldırmaq niyyətindədir.

Aleksandr Qolovin 2015-ci ildən MOİK-in şərəfini qoruyur. Keçən mövsüm Rusiya çempionatının ən yaxşı gənc oyunçusu seçilən 22 yaşlı A.Qolovin MOİK-in heyətində 43 oyunda 7 qol vurub və 6 məhsuldar ötürmə verib.

© xezerxeber.az

FOTOQALERIYA






337 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR