Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Beyl: "Real"da qala da bilərəm, gedə də"

27.05.2018 17:40

Çempionlar Liqasının finalında "Real" "Liverpul"a 3:1 hesabı ilə qalib gələrək 13-cü dəfə turnirin qalibi olub.

Oyundan sonra "kral klubu"nun heyətində iki qol vuran Qaret Beyl açıqlama verib:

"Sözün düzü, start heyətdə başlamamaq üzücüdür. İlk 11-likdə olmağa layiq olduğumu düşünürdüm, amma qərarı baş məşqçi verir. Meydana daxil olanda ən yaxşısını etməyə çalışdım. Vurduğum qol Çempionlar Liqası finallarının ən yaxşısı ola bilər. Yaxşı komanda olduğumuzu bilirik. Liqada uğursuz olduq, amma ÇL-də qalib gəldik".

Beyl transfer açıqlaması da verib:

"Həftədə iki dəfə oynamaq istəyirəm. Buna ehtiyacım var. Amma bu mövsüm alınmadı. 5-6 həftə zədə səbəbindən oynamadım. Transfer pəncərəsində agentimlə görüşəcəm. "Real"da qala da bilərəm, gedə də".

© xezerxeber.az


486 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR