Serxio Ramos: "Salahın epizoduna görə özümü günahkar hesab etmirəm"

27.05.2018 13:58

Çempionlar Liqasının finalında "Real" "Liverpul"a 3:1 hesabı ilə qalib gələrək 13-cü dəfə turnirin qalibi olub.

Matçın 28-ci dəqiqəsində "Liverpul"un futbolçusu Məhəmməd Salahı yıxaraq zədələyən Serxio Ramos oyundan sonra açıqlama verib. Rıqibin oyundan çıxmasına səbəb olan ispaniyalı müdafiəçi özünü günahkar hesab etməyib:

"Salahın vəziyyəti üzücü oldu. Bunun baş verməsini heç vaxt istməzdik. Mən həmin epizoda görə özümü günahkar hesab etmirəm".

Məhəmməd Salahı zədələyən Ramos ikinci hissədə də kobudluğu ilə yadda qalıb. 32 yaşlı futbolçu "Liverpul"un qapıçısı Loris Kariusa qarşı sərt oynasa da, həmin epizod hakimin gözündən qaçmışdı.

© xezerxeber.az


349 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR