Bu gün Çempionlar Liqasının qalibi məlum olacaq

26.05.2018 09:08

Bu gün Çempionlar Liqasında (ÇL) 2017/18 mövsümünün final oyunu keçiriləcək.

Kiyevdəki Olimpiya stadionunda baş tutacaq həlledici qarşılaşmada "Real”la "Liverpul” üz-üzə gələcək.

Bir tərəfdə iki ildi kuboku heç kimə verməyən "kral klubu”, digər tərəfdə isə 11 ildən sonra finalda oynamaq şansı qazanan "qırmızılar”.

12 dəfə turniri zirvədə tamamlayaraq mütləq rekordçu olan "kral klubu” ardıcıl 3-cü dəfə evə kubokla dönmək niyyətindədirsə, ÇL-in beşqat qalibi "Liverpul” möhtəşəm hücum "trio”sunun sayəsində 13 illik həsrətə son qoymağı hədəfləyir.

Rəqibindən fərqli, "Real” Ukraynaya tam heyətlə yollanıb. Bütün futbolçuların yaxşı formada olması Zidanı çətin seçim qarşısında qoyub. "Liverpul”da isə zədəsini sağaldan Əmrə Can görüşün iştirak ərizəsinə salınıb. Əvəzində müdafiəçilər Joel Matip, Co Qomes və yarımmüdafiəçi Aleks Oksleyd-Çemberlen zədə ucbatından meydana çıxa bilməyəcək.

UEFA Çempionlar Liqası

Final

26 may

22:45. "Real” (İspaniya) – "Liverpul” (İngiltərə)

Baş hakim: Milorad Maziç (Serbiya)

Kiyev, Olimpiya stadionu

© xezerxeber.az


208 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR