"Tottenhem" 3 futbolçunun transferinə pul ayırdı

25.05.2018 18:21

Maurisio Poçettino ilə 2023-cü ilə kimi yeni müqavilə imzalayan "Tottenhem" rəhbərliyi yay transfer pəncərəsinə hazırlaşmağa başlayıb.

Klubun prezidenti Daniel Levi və sahibi Co Lyuis 3 futbolçunun transferi üçün pul ayırıb. Bunlar Antoni Marsial ("Mançester Yunayted"), Rayan Sessenyon ("Fulhem") və Mateys de Liqtdir ("Ayaks").

Tobi Alderveyreld isə transferə çıxarılıb. Belçikalı müdafiəçinin "Mançester Yunayted"ə keçəcəyi gözlənilir.

© xezerxeber.az


208 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR