"Roma" "Beşiktaş"ın futbolçusunu istəyir

25.05.2018 18:06

"Roma" daha bir türk futbolçu ilə ciddi maraqlanır.

"Roma" klubu "Beşiktaş"ın futbolçusu Tolqay Arslanı heyətə cəlb etmək istəyir. 27 yaşlı futbolçunun qiymətinin 12 milyon avro olduğu bildirilir. Bu qiymətin "Roma"nı qane etdiyi də iddia olunur. İtaliya klubunun yaxın günlərdə "Beşiktaş"a rəsmi təkliflə müraciət edəcəyi gözlənilir.

"Roma"-nın heyətində daha bir türk futbolçu - Cengiz Ünder çıxış edir.

© xezerxeber.az


169 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR