Emeri onları “Arsenal”da görmək istəyir

25.05.2018 18:01

"Arsenal"ın yeni baş məşqçisi Unai Emeri heyəti gücləndirmək yolunda çalışmalara başlayıb.

XəzərXəbər qol.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis rəhbərliyə sərəncamında görmək istədiyi ilk 2 futbolçunun adını verib.

Söhbət "Roma"nın yarımmüdafiəçisi Lorenso Pelleqrini və "Sampdoriya"nın orta sahə oyunçusu Denis Pratdan gedir.

Emeri "Sevilya"da hazırda "Roma"nın idman direktoru olan Monçi ilə birgə çalışıb. Bu səbəbdən də o, düşünür ki məhz bu dostluq sayəsində Pelleqrinin keçidini reallaşdırmaq mümkün olacaq.

© xezerxeber.az


165 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR