Olimpiya stadionu SÖKÜLÜR

25.05.2018 14:26

2020 Çempionlar Liqasının finalına ev sahibliyi edəcək "Atatürk Olimpiya Stadionu” AVRO 2024 kataloqunda yer alan bilgilərə görə, yenidən inşa ediləcək.

2005-ci ildəki ÇL finalına ev sahibliyi edən stadionun üzəri bağlanılacaq.

76.761 nəfərlik tutumu isə genişləndirilərək 92.208-ə çatdırılacaq.

Stadion hazırkı konstruksiyası ilə ən çox meydançanın qapıları arxasında külək qəbul edir. Yeni layihə ilə qapı arxasından əsən küləklərin təsiri aşağı endiriləcək və oyuna təsiri beləliklə azaldılacaq. Yeni layihədə 191 ədəd loja olacaq. Tribuna 20 000 kub-metrlik sahədə qurulacaq.

Yeni kataloqda "ilin hər günü konsert, konfrans, toplantı kimi hadisələrə ev sahibliyi edən stadion milli matçların, finalların və türk futbolunun yeni evi olacaq” şəklində təqdim edilib.

Yenilənmiş stadionun açılışının 2023-də edilməsi planlaşdırılır.

Çempionlar Liqasının final matçına görə inşaat işlərinin aparılıb-aparılmayacağı maraq mövzusudur./publika.az

© xezerxeber.az


2213 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR