Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

İbrahim Şehiç "Parma"da?

25.05.2018 12:27

"Qarabağ"dan ayrılan İbrahim Şehiçin yeni komandasının adına aydınlıq gəlib.

Bosniya və Herseqovina milli komandasının üzvü karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

O, uzun müddət sonra yüksək liqaya vəsiqə qazanan "Parma" klubu ilə anlaşıb. 29 yaşlı təcrübəli əlcək sahibi yaxın günlərdə İtaliyanın ən köklü klubu ilə münasibətlərini rəsmiləşdircək. O, yeni klubu ilə 3 illik sözləşmə imzalayacaq.

Qeyd edək ki, Şehiç 2013-cü ildən "Qarabağ"da çıxış edirdi. O, Ağdam klubuna Türkiyənin "Mersin" klubundan transfer olunub. (Futbol11.az)

© xezerxeber.az


334 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR