Almaniya Avro-2024-ü keçirməyə namizəd oldu

24.04.2018 16:22

Almaniya Futbol İttifaqı 2024-cü il Avropa çempionatının final mərhələsinə namizədliyini rəsmən irəli sürüb.

XəzərXəbər xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb. Almaniya Futbol İttifaqının prezidenti Raynhard Qrindel UEFA-nın mənzil-qərargahında bütün lazımi sənədləri UEFA-nın birinci katibi Teodor Teodoridisə təqdim edib.

Qeyd edək ki, Almaniya AVRO-2024-ü təşkil etmək istəyini hələ ötən ilin martında açıqlamışdı.

© xezerxeber.az


177 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR