"Barselona" klubu 30-cu dəfə İspaniya kubokunu qazanıb

22.04.2018 09:42

Futbol üzrə İspaniya kubokunun final oyununda "Barselona" və "Sevilya" klubları üz-üzə gəliblər.

Xezerxeber.az xəbər verir ki, "Metropalitano" stadionunda keçirilən qarşılaşmada "Barselona" 5:0 hesabı ilə qələbə qazanıb.

Qarşılaşmanın 14-cü dəqiqəsində Luis Suares hesabı açıb - 1:0. Matçın 31-ci dəqiqəsində Leonel Messi hesabı ikiyə çatdırıb - 2:0. Fasiləyə beş dəqiqə qalmış Luis Suares özünün ikinci, komandasının isə üçüncü topunu vurub - 3:0. Birinci hissə bu hesabla başa çatıb.

Fasilədən sonra "katalonya"lılar hesab arasındakı, fərqi dörd topa çatdırıblar - 4:0. Oyunun 69-cu dəqiqəsində hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsini Coutinyo dəqiq yerinə yetirib. Görüş "Barselona"nın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qələbədən sonra "Barselona" klubu tarixində 30-cu dəfə İspaniya kubokunu qazanıb.

© xezerxeber.az


268 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR