Salaha görə oyunların vaxtı dəyişdirildi

20.04.2018 17:28

Misir çempionatında bu həftə bazar günü baş tutacaq görüşlərin vaxtı dəyişdirilib.

Buna səbəb "Liverpul"un futbolçusu Məhəmməd Salahın İngiltərə Premyer Liqasının ən yaxşı futbolçusu mükafatını alması olacaq. Misirli vinger ən yaxşı oyunçu seçiləcəyini artıq ailəsinə xəbər edib.

Bu səbəbdən də federasiya misirli azarkeşlərin mükafatlandırma mərasiminə baxmasına görə, bazar günü baş tutacaq görüşləri başqa vaxta salıb.

Qeyd edək ki, Salah 30 qolla Premyer Liqada bombardirdir.

© xezerxeber.az


313 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR