Tanınmış futbolçuya 4.5 milyon dollar “atdılar”

21.03.2018 11:19

"Fənərbağça” futbol klubunun keçmiş oyunçusu Van der Vilə qarşı dələduzluq edərək onun 4.5 milyon dollar pulunu mənimsəyiblər.

Məşhur şəxslərin meneceri olduğunu bildirən 36 yaşlı Ümit Akbulut və 40 yaşlı Sinan Siner otellərdən birində Vil ilə görüşüb və həmin otelin onlara məxsus olduğunu bildiriblər. Həmçinin daxili işlər naziri Süleyman Soylunun əmisi olduğunu da deyib.

Adıçəkilən şəxslər amerikalı məşhur boksçu Floyd Meyvezeri Türkiyəyə gətirəcəklərini iddia ediblər və onun qoluna Van der Vilin baş hərflərinin yazıldığı bilərzik taxacağını bildiriblər. Beləliklə‚ futbolçunun imicini yüksəldəcəklərini və bu işdən 12 milyon dollar qazanacaqlarını‚ bu məbləği öz aralarında yarıya böləcəklərini vəd ediblər. Buna görə hollandiyalı futbolçudan 440 min dollar alıblar.

Daha sonra Akbulut Vili "Pelikan Hill” villalarının yerləşdiyi əraziyə apararaq burada 20 villası olduğunu deyib. Ona da 4 villa alıb sataraq qazanc əldə edə biləcəyini bildirib. Futbolçu bu ərazidən 3 villa alıb, pulu da Akbulutun şəriki Sinerin hesabına köçürüb. Bir müddət sonra Ü.Akbulut Türkiyə ilə Hollandiya arasında siyasi böhran olduğuna görə boksçunun gələ bilməyəcəyini açıqlayıb. Vil imici üçün və villalara görə ödədiyi pulları geri istəyəndə "ev filan yoxdur‚ bütün pullar imic üçün xərcləndi. Sənin pulunu qaytarmayacağam‚ mən bir telefon zəngi ilə 10 adamı öldürtdürə bilərəm” cavabı ilə hədələnib.

İstintaq da Ü.Akbulut və S.Sineri hədə-qorxu gəlməkdə və dələduzluqda ittiham edib. Araşdırmalar zamanı Akbulutun iddia etdiyi otelin ona aid olmadığı da müəyyən edilib. Eyni zamanda‚ adıçəkilən şəxslərin Taylandın "Buriram United” klubuna 1 milyon dollar "atdığı” ortaya çıxıb.

© xezerxeber.az


144 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR