Klopp: "Salah Messinin yolu ilə gedir"

18.03.2018 19:16

İngiltərə Premyer Liqasında mübarizə aparan "Liverpul"da çıxış edən Məhəmməd Salah hər ötən gün performansını artırır. Təsadüfi deyil ki, Misir millisinin üzvü Premyer Liqanın bombardiridir. Ötən gün "Uotford"la matçda (5:0) 4 qol vuran superulduzu komandanın baş məşqçisi Yurgen Klopp tərifləyib.

Alman mütəxəssis Salahın "Barselona"nın futbolçusu Lionel Messininyoluyla getdiyini deyib:

"Salahın Messi ilə müqayisə olunmaq istədiyini düşünmürəm. Ancaq məncə, Məhəmməd Messinin yoluyla gedir. Bir komandanın oyununa bu qədər təsir edən oyunçu tanıdıqlarımdanDieqo Maradona olub. Salah inanılmaz əzmkarlıq göstərir və çox çalışır. Komandamız da onunla birgə oynamağı sevir. "Uotford"a 4 qol vurdu və bu, qeyri-adi performansdır".

Salah bu mövsüm "Liverpul"da 41 oyuna 36 qol vurub. O, bu qolların 28-nəPremyer Liqa matçlarında imza atıb. Misirli vinger həm də 12 assist edib. Messis isə bu mövsüm 42 oyun keçirib və 34 qol, 16 assistlik performans sərgiləyib.

© xezerxeber.az


374 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR