Balotelli: "PSJ mənim üçün "Qenqam" kimi bir komadandır"

18.03.2018 19:05

İpə-sapa yatmayan,açıqlamaları ilə diqqət çəkənFransanın "Nitsa" klubunun hücumçusu Mario Balotelli PSJ haqda danışıb.

Mario PSJ-nin Çempionlar Liqasının 1/8 finalında "Real"a məğlub olmağı haqq etdiyini deyib:

"PSJ mənim üçün "Qenqam" kimi bir komadandır. Yəni ki, sıradan bir Fransa klubudur. Çempionatı qalib başa vursalar belə, vecimə deyil. Bu mövsüm PSJ-ni izləməmişəm. Məncə, "Real"a uduzmağa layiq idilər. Pul yaxşı komanda qurmaq üçün yetərli deyil".

27 yaşlı forvard "Nitsa"da xoşbəxt olduğunu sözlərinə əlavə edib:

"Komandamı sevirəm. Keçmişdə yaşamadığım günləri burada keçirirəm. Ən azı Avropa Liqasına vəsiqə qazanmaq istəyirik. Bu, bizim üçün çox önəmldiir. "Nitsa"da sakit insan olmağı öyrəndim. Burada xoşbəxtəm".

Qeyd edək ki, Balotelli 2016-cı ildən "Nitsa"da oynayır. Mario bu mövsüm 25 oyuna 21 qol vurub.

© xezerxeber.az


643 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR