Rusiya komandası Olimpiadanın ilk qızıl medalını qazanıb

23.02.2018 13:35

Fiqurlu konkisürən Alina Zaqitova Pxençanda qadınların yarışında qalib gələrək, Rusiya komandasına Olimpiadanın ilk qızıl medalını qazandırıb. Rusiyanın digər təmsilçisi Yevgeniya Medvedeva gümüş mükafata sahib olub.

AZƏRTAC xəbər verir ki, may ayında 16 yaşı tamam olacaq A.Zaqitova qısa və sərbəst proqramlarına görə ümumən 239,57 bal toplayıb və Y.Medvedevanı (238,26) 1,31 bal geridə qoyub. Sərbəst proqrama görə fiqurlu konkisürənlərə eyni qiymət (156,65) verilib. Kanadalı Keytli Osmond 231,02 balla üçüncü yeri tutub.

Pxençan Olimpiadasında bir qızıl, beş gümüş və səkkiz bürünc medal qazanan Rusiya idmançıları medalların sayına görə komanda hesabında 15-ci yerdədirlər.

© xezerxeber.az


343 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR