Zidandan Ronaldo qərarı: "Leqanes"ə qarşı oynamayacaq

21.02.2018 18:21

"Real"ın baş məşqçisi Zinəddin Zidan komandanın əsas futbolçularından olan Kriştiano Ronaldoya istirahət vermək qərarına gəlib.

Fransız mütəxəssis ulduz futbolçunu La Liqada "Leqanes"lə təxirə salınmışoyunda meydana buraxmayacaq. Zidan qərarını belə izah edib:

"Ronaldo uzun illərdi hər mövsüm 60-70 matçda oynayıb və heç dayanmayıb. Amma bəzi zamanlarda ona istirahət vermək lazımdı. Bu həm onun özü üçün, həm də komanda üçün yaxşıdı. Təbii ki, Kriştiano ilə bu barədə danışmışam".

Qeyd edək ki, "Leqanes" - "Real" qarşılaşması bu gecə saat 21:45-də baş tutacaq.

© xezerxeber.az


395 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR