Mikela Moyolo İtaliyaya ikinci qızıl medalı qazandırıb

18.02.2018 09:46

Pxençxan Olimpiya oyunlarında iştirak edən İtaliya təmsilçisi Mikela Moyolo qadınlar arasında snoubord yarışlarının kross növündə birincilik qazanıb.

AZƏRTAC İtaliyanın ANSA agentliyinə istinadən xəbər verir ki, bununla da İtaliya Olimpiadada altıncı medalını, Arianna Fontananın 500 metr məsafəyə sürətli xizəksürmə yarışındakı qələbəsindən sonra isə ikinci qızılını əldə edib.

"Qadınlar qadınlardır. Bizim ölçüyə gəlməyən sürətimiz var. Ariannanın qələbəsini görüm ruhlandım və öz-özümə dedim. Gümüş, ya bürünc istəmirəm, mən bura qızıl üçün gəlmişəm”, – deyə M.Moyoli söyləyib.

Hazırda İtaliyanın dağ xizəyi komandası mübarizəni davam etdirir.

© xezerxeber.az


210 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR