Poçettino: "Futbol, ailə və "Game of Thrones" serialına ayıracaq vaxtım var"

06.02.2018 15:29

"Tottenhem"in baş məşqçisi Maurisio Poçettino2011-ci ildən bəri milyonlarla insanı maviekrana kilidləyən "Game of Thrones" serialının heyranı olduğunu açıqladı.

Argentinalı mütəxəssis bununla bağlı açıqlamasında deyib:

"Mən və məşqçi heyətim "Game of Thrones"u ciddi şəkildə izləyirik. Buna istirahət kimi yanaşırıq. Onsuz da həyatımda futbol, ailə və "Game of Thrones" serialına ayıracaq vaxtım var. Başqa zamanım isə yoxdur. İzləməkdən həzz aldığım serialdır. Hər bir obrazı bəyənirəm. Con Snounu bəyənirəm və favoritimdir. Ancaq özümü o rolda görmürəm. Mən əjdaha olmaq istəyərdim: cəsur və güclü. Bu serialın yeni mövsümünü səbirsizliklə gözləyirəm".

45 yaşlı çalışdırıcı həyat yoldaşı haqda da danışıb:

"Xanımımın ən çox narahat olduğu məslələrdən biri də mətbuat konfranslarımdır. Bunlara olduqca diqqətli yanaşır. Filan şeyləri niyə söyləmədiyimi və nələri ifadə etməli olduğumu diqqətimə çatdırır. Hər mətbuat konfransından sonra mənim üzərimdə çalışır. Bəzən xanımlarınız sizə kömək edər, bəzən isə öldürər".

© xezerxeber.az


291 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR