Bakı məktəblisi qızıl medala layiq görülüb - FOTO

06.02.2018 15:00

Paytaxt məktəblisi cüdo idman növü üzrə Türkiyədə keçirilən beynəlxalq turnirdə qalib gəlib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildiriblər ki, 13 nömrəli tam orta məktəbin VI sinif şagirdi Rəşad Əhmədov çempionatda 34 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanaraq birinci yerə layiq görülüb.

R.Əhmədov Türkiyənin Gənclik və İdman Nazirliyi tərəfindən qızıl medal və diplomla təltif olunub.

Qeyd edək ki, 2014-cü ildən kikboksinq və cüdo ilə məşğul olan R.Əhmədov həm ölkə, həm də beynəlxalq səviyyəli idman turnirlərinə qatılıb. Türkiyə, Rusiya, Gürcüstan və İranda təşkil olunan beynəlxalq turnirlərdə dəfələrlə qızıl medala layiq görülüb. Ümumilikdə, 29 yarışda iştirak edən məktəbli 11 qızıl, 6 gümüş və 12 bürünc medal qazanıb.

© xezerxeber.az

FOTOQALERIYA






266 dəfə oxunub

ÇOX OXUNANLAR