ŞOK! PSJ ÇL-ə buraxılmaya bilər

02.02.2018 18:45

Neymarın transferi ilə "bazar"ı alt-üst edən PSJ qarşıdakı ildə Çempionlar Liqasına qatılmamaq təhlükəsi ilə qarşı-qarşıya qalıb.

Fransız klubu Neymar və Kilian Mbappeni aldığı üçün əlindəki futbolçuların bir çoxunu satmaq məcburiyyətindədi. "Ekip"in məlumatına görə PSJ iyun ayına qədər 61 milyon funt-sterlinq adəyərində futbolçu satmayacağı təqdirdə "maliyyə feyr-pley"i şərtlərini yerinə yetirməyəcək və Çempionlar Liqasına vəsiqə qazansa belə yarışdan diskvalifikasiya olacaq.

Fransa birinci liqasında hazırda lider mövqeyində olan PSJ-nin Angel Di Mariya və Lukas Mouranı sataraq bu problemi yoluna qoymağa çalışdığı bildirilir. Ancaq hələ ki, bu futbolçulardan heç birini sata bilməyib.

Fanat.Az

© xezerxeber.az


375 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR