Emenike La Liqa klubunda

01.02.2018 16:02

Yunanıstanın "Olimpiakos" klubu hücumçusu Emmanuel Emenikeni icarəyə verib.

 Nigeriya millisinin sabiq üzvü karyerasını İspaniyada davam etdirəcək. 30 yaşlı forvard autsayder "Las Palmas"la anlaşıb. Hücumçu La Liqa təmsilçisinin heyətində icarə əsasında çıxış edəcək. Müqavilənin müddəti mövsümün sonuna kimi nəzərdə tutulub.

Qeyd edək ki, Olimpiakos, Emenikeni ötən il "Fənərbaxça"dan 3,8 milyon avroya transfer etmişdi.

© xezerxeber.az


256 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR