Luis Suares “Barselona”nın tarixinə düşdü

22.01.2018 14:04

Uruqvaylı hücumçu Luis Suares "Barselona” futbol klubunun tarixində ən tez 100 qol vuran oyunçu olub.

 "Barselona” klubunun rəsmi "Twitter” səhifəsi xəbər verir ki, yanvarın 21-də Luis Suares İspaniya çempionatında "Betis” klubu ilə keçirilən oyunda dubla imza atıb. Beləliklə, "Barselona” komandasının heyətində 100 qol vurmaq üçün uruqvaylıya 114 oyun lazım gəlib.

İndiyədək Kataloniya klubunda 100 qolu Lionel Messi 154 oyuna, Sesar Rodriqes 159 oyuna, Ladislav Kubala 132 oyuna, Samuel Eto isə 130 oyuna vura bilmişdi.

Qeyd edək ki, Luis Suares "Barselona”ya 2014-cü ilin yayında İngiltərənin "Liverpul” klubundan transfer olunub.

© xezerxeber.az


301 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR