"Barselona" və M.Y arasında transfer savaşı: 100 milyon...

20.01.2018 15:28

"Barselona"da Arda Turanın gedişindən sonra 7 nömrəli forma boşda qalıb. Bu formanın yeni transfer Filip Kountinyoya veriləcəyi gözlənilsə də, braziliyalı ulduz 14-ü seçib.


"Fox Argentina"nın iddiasına görə, "Barselona" Antoine Qrizmannı transfer edərək bu formanı ona verməyi planlaşdırır. Amma bu heç də asan olmayacaq. Çünki "Atletiko"nun fransız ulduzunu "Mançester Yunayted" də istəyir. Bu səbəbdən iki klub arasında transfer savaşının başlaması gözlənilir.

Qeyd edək ki, "Atletiko"nun Qrizmann üçün ən azı 100 milyon avro tələb etdiyi deyilir.

Fanat.Az

© xezerxeber.az


277 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR