Hər kəsin gözlədiyi an yetişdi: ARTIQ BAŞLADI

11.12.2017 15:11

Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək. Artıq nəinki, Avropanın, hətta bütün dünyanın futbolsevərlərinin gözü püşkatmaya çevirilib.

Püşk nəticəsində Türkiyənin yeganə təmsilçisi "Beşiktaş"ın da rəqibi müəyyənləşəcək.

G qrupunun lideri kimi mərhələ adlayan "qara qartallar" "səpələnmişlər" səbətində yer alacaq. Bu isə o deməkdir ki, Şenol Günəşin baş məşqçisi olduğu kollektiv daha aşağı reytinqlilərdən ibarət "səpələnməmişlər" səbətindəki komandalardan biri ilə üz-üzə gələcək. "Qarabağ"ın mübarizəni dayandırdığı C qrupundan İtaliya "Roma"sı "səpələnmişlər", İngiltərənin "Çelsi" komandası isə "səpələnməmişlər" sırasında olacaq.

Qaydalara əsasən, 1/8 final mərhələsində eyni ölkənin iki komandası bir-biri ilə üz-üzə gələ bilməz. Qrup qalibləri isə ilk görüşünü 13-14 fevralda və ya 20-21 fevralda səfərdə, cavab oyununu isə 6-7 martda və ya 13-14 martda evdə keçirməlidir.

"Səpələnmişlər": "Mançester Yunayted" (İngiltərə), PSJ (Fransa), "Roma" (İtaliya), "Barselona" (İspaniya), "Liverpul" (İngiltərə), "Mançester Siti" (İngiltərə), "Beşiktaş" (Türkiyə), "Tottenhem" (İngiltərə)

"Səpələnməmişlər": "Bazel" (İsveçrə), "Bavariya" (Almaniya), "Çelsi" (İngiltərə), "Yuventus" (İtaliya), "Sevilya" (İspaniya), "Şaxtyor" (Ukrayna), "Portu" (Portuqaliya), "Real Madrid" (İspaniya)

Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Nyone şəhərində futbol üzrə Avropa Liqasının da püşkatması keçiriləcək. Məraasim Bakı vaxtı ilə saat 16:00 başlayacaq.

Qeyd edilir ki, 32 komanda 2 səbətə bölünəcək.

Birinci səbətdə yer alan komandalar: "Milan", "Arsenal", "Atalanta", "Atletik", "Atletiko", "Braqa", OMİK, "Dinamo" (Kiyev), "Latsio", "Leypsiq", "Lokomotiv", "Viktoriya" (Plzen), "Zalsburq", "Sportinq", "Vilyareal", "Zenit"dir.

İkinci səbətdə yer alam komandalar isə AEK, "Astana", "Seltik", "Tsrvena Zvezda", "Borussiya", "Styaua", "Kopenhaqen", "Ludoqorets", "Lion", "Marsel", "Napoli", "Nitsa", "Estersund", "Partizan", "Real Sosedad", "Spartak"dır.

publika.az

© xezerxeber.az


1968 dəfə oxunub

XƏBƏRLƏR

16.10.2018 20:34

Paşinyan istefa verdi

ÇOX OXUNANLAR