Zidan istefaya göndərilir: Onu kim əvəz edəcək?

21.11.2017 15:12

İspaniyanın "Real Madrid” klubunun baş məşqçisi Zinəddin Zidan istefaya göndərilə bilər.

Klub prezidenti Fiorentino Peres "Real”ın La Liqadakı durumundan heç də məmnun deyil.

"Real” 12 turda 24 xal qazanıb və hazırda 3-cü yerdə qərarlanıb. Onun əzəli rəqibi "Barselona” isə 34 xalla liderdir.

Məlumatlara görə, vəziyyət dəyişməsə, Zidanı alman mütəxəssis Yoahim Löv əvəz edəcək. Löv hazırda Almaniya yığmasının baş məşqçisidir.

© xezerxeber.az


153 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR