"Qalatasaray" Tudoru qovur: yeni baş məşqçi müəyyənləşdi

21.11.2017 14:56

"Başakhəşər"ə 1:5 hesabı ilə yenilən "Qalatasaray" rəhbərliyi baş məşqçi İqor Tudora bütün dəstəyini çəkib. İstanbul klubu qış fasiləsində xorvat mütəxəssislə yolları ayırmaq qərarına gəlib.

Tudorun müqaviləsindəki təzminat maddəsinin cəmi 400 min avro olması klubun işini asanlaşdırır. Prezident Dursun Özbek qışda xorvat məşqçini istefaya göndərib, Türkiyə millisindən ayrıldıqdan sonra işsiz olan Fatih Terimi bu posta gətirmək niyyətindədi.

Azarkeşlər də "İmperator"un gətirilməsini istəyir. Artıq bununla bağlı sosial mediada kampaniya başlayıb. "Qalatasaray"ın bütün azarkeş qrupları kampaniyaya qoşulub. Klubun rəsmi hesablarına bununla bağlı minlərlə mesaj göndərilib./fanat.az

© xezerxeber.az


905 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR