Kris Koulman Uels yığmasının baş məşqçisi postundan ayrılıb

18.11.2017 15:25

Kris Koulman futbol üzrə Uels yığmasının baş məşqçisi postundan ayrılıb.

Xezerxeber.az məlumat verir ki, məlumatı ölkənin futbol federasiyası rəsmən açıqlayıb.

Qırx yeddi yaşlı çalışdırıcı fəaliyyətini İngiltərədə davam etdirəcək. O, "Sanderlend” klubunu çalışdıracaq.

Məşqçilik fəaliyyəti ərzində "Fulhem”, "Real Sosyedad”, "Koventri Siti” və AEL klublarını da çalışdırmış Kris Koulman 2012-ci ildə Uels millisinə baş məşqçi təyin olunub. Uels millisi onun rəhbərliyi altında "Avro-2016”da yarımfinala yüksəlib.

© xezerxeber.az


82 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR